İstifadə şərtləri
Bu İstifadə şərtləri (bundan sonra “Şərtlər”) brokerly.az platforması (bundan sonra “Brokerly”, “biz”) ilə istifadəçi arasında münasibətləri tənzimləyir. Platformadan istifadə etməklə bu Şərtləri qəbul etmiş olursunuz.
1. Xidmətin təsviri
Brokerly daşınmaz əmlak rieltorları üçün nəzərdə tutulmuş peşəkar alətdir: açıq elan portallarından məlumatların toplanması və dublikatlardan təmizlənməsi, qiymətlərin zona medianları ilə müqayisəsi (Əlimyandı skoru), bildiriş qaydaları, müştəri uyğunlaşdırması və sövdələşmə idarəetməsi.
Brokerly elan portalı və ya daşınmaz əmlak agentliyi deyil. O, əmlak satmır, kirayəyə vermir və sövdələşmələrdə vasitəçilik etmir.
2. Hesab və giriş
- Hesab açmaq üçün müraciət göndərilir; hesablar yoxlamadan sonra aktivləşdirilir. Müraciəti əsaslandırmadan rədd etmək hüququmuzu özümüzdə saxlayırıq.
- Giriş şifrəsizdir: e-poçtunuza göndərilən birdəfəlik kod vasitəsilə həyata keçirilir.
- Hesabınız fərdidir; giriş məlumatlarınızın üçüncü şəxslərlə paylaşılmasına və hesabın birgə istifadəsinə icazə verilmir.
- Hesabınız altında baş verən bütün fəaliyyətə görə məsuliyyət daşıyırsınız.
3. Abunə və ödəniş
- Xidmət aylıq və ya illik abunə əsasında göstərilir: Standart 24 AZN/ay və ya 259 AZN/il, PRO 49 AZN/ay və ya 529 AZN/il. Hər plan 3 günlük pulsuz sınaqla başlayır. Cari qiymətlər saytın “Qiymətlər” bölməsində göstərilir.
- Ödəniş paneldə bank kartı ilə, lisenziyalı ödəniş provayderi E-point vasitəsilə edilir. Kart məlumatlarını bankın təhlükəsiz səhifəsində yazırsınız. Biz kart məlumatlarınızı görmürük və saxlamırıq.
- Ödəniş təsdiqlənən kimi planınız aktivləşir və e-poçtunuza qəbz göndəririk.
- Abunə özü yenilənmir: hər dövr üçün ödənişi siz edirsiniz. Dövr bitməzdən 5 gün və 1 gün əvvəl sizə xatırlatma göndəririk.
- Abunəni istənilən vaxt dayandıra bilərsiniz: sadəcə növbəti dövr üçün ödəniş etməyin. Artıq ödənilmiş dövr üçün pul geri qaytarılmır. Bir faktura üçün səhvən iki dəfə ödəniş getsə, artıq məbləği kartınıza geri qaytarırıq.
- Qiymətlərdə dəyişiklik barədə ən azı 30 gün əvvəl məlumat veririk.
4. İstifadə qaydaları
Platformadan istifadə zamanı qadağandır:
- Platforma məlumatlarının avtomatlaşdırılmış üsullarla toplanması (scraping), kütləvi ixracı və ya üçüncü tərəflərə satışı;
- Hesabın icarəyə verilməsi və ya giriş imkanının üçüncü şəxslərə ötürülməsi;
- Platformanın işinə müdaxilə, təhlükəsizlik mexanizmlərinin aşılması;
- Elan sahiblərinin telefon nömrələrindən və digər əlaqə məlumatlarından reklam göndərişi, kütləvi zənglər və ya elanla bağlı olmayan məqsədlər üçün istifadə;
- Qanunvericiliyə zidd məqsədlərlə istifadə.
Bu qaydaların pozulması hesabın xəbərdarlıqsız dayandırılması ilə nəticələnə bilər.
Platformadan bu Şərtlərə və ya qanuna zidd istifadə etsəniz və buna görə üçüncü şəxs bizə qarşı iddia qaldırsa, bununla bağlı zərəri və xərcləri siz ödəyirsiniz.
5. Məlumatların mənbəyi və dəqiqlik
Platformadakı elanlar başqa elan portallarının hamıya açıq səhifələrindən toplanır. Elanın mətni, şəkli, qiyməti və əlaqə məlumatları elan sahibinə və mənbə portala aiddir. Hər elanda onun portalını göstəririk və mümkün olanda elanın öz səhifəsinə keçid veririk.
Bu məlumatların dəqiq, tam və aktual olmasına zəmanət vermirik. Elan sahibi qiyməti və digər məlumatları mənbə portalda istənilən vaxt dəyişə bilər.
Platformanın elanlardan hesabladığı bütün göstəricilər təxmini statistikadır: Əlimyandı skoru, zona medianları, qiymət enmələri, gəlirlilik, «İpotekaya yararlı» və «Diqqət» işarələri, elan analizi, ödəniş kalkulyatoru, həftəlik hesabat və bazar xəbərləri. Onlar investisiya, hüquqi və ya qiymətləndirmə məsləhəti deyil.
Elan barədə qərar verməzdən və ya onu müştəriyə təqdim etməzdən əvvəl məlumatları mənbə portalda və elan sahibi ilə yoxlayın. Brokerly sizinlə elan sahibi və ya alıcı arasındakı sövdələşmələrin tərəfi deyil.
6. Sizin məlumatlarınız
Platformaya daxil etdiyiniz məlumatlar (müştərilər, onların əlaqə məlumatları, tələblər, qeydlər və tapşırıqlar) sizə məxsusdur. Onları yalnız sizə xidmət göstərmək üçün saxlayırıq və satmırıq. Həmin şəxslərin məlumatlarını platformaya daxil etmək üçün onların razılığına və ya başqa qanuni əsasa malik olmağınıza siz cavabdehsiniz.
7. Həmkarlar elanları
«Həmkarlar» bölməsində yazdığınız elanlara siz cavabdehsiniz. Hər elanı dərc etməzdən əvvəl yoxlayırıq və qaydalara uyğun olmayan elanı dərc etməmək və ya silmək hüququmuz var. Rieltorlar arasında komissiya və digər razılaşmalar yalnız onların öz aralarındadır. Brokerly bu razılaşmaların tərəfi deyil, pul saxlamır və komissiyadan pay almır.
8. Əqli mülkiyyət
Platformanın proqram təminatı, dizaynı, “Brokerly” və “Əlimyandı” adları və loqotipi bizə məxsusdur və icazəsiz istifadə oluna bilməz. Abunə sizə platformadan istifadə üçün məhdud, geri çağırıla bilən, qeyri-eksklüziv hüquq verir.
9. Məsuliyyət
Bizim məsuliyyətimiz. Biz bunlara cavabdehik: platformanın bu Şərtlərdə təsvir olunduğu kimi işləməsi, hesabınızın və platformaya daxil etdiyiniz məlumatların (müştərilər, qeydlər, tapşırıqlar) qorunması, ödənişlərin düzgün hesablanması və qəbzlərin göndərilməsi. Platformada xəta görsəniz, info@brokerly.az ünvanına yazın. Xətanı araşdırıb düzəldirik.
Məsuliyyətin həddi.
- Xidmət “olduğu kimi” təqdim olunur; fasiləsiz və xətasız işə zəmanət verilmir.
- Mənbə portalların əlçatmazlığı, məlumat dəyişikliyi və üçüncü tərəf xidmətlərinin (ödəniş provayderləri) fasilələri bizim məsuliyyətimizə aid deyil.
- Platformadakı məlumatlar əsasında verdiyiniz qərarlara, baş tutmayan sövdələşmələrə, əldən çıxan qazanc və ya komissiyaya və digər dolayı zərərə görə məsuliyyət daşımırıq.
- Hər bir halda ümumi məsuliyyətimiz son 3 ayda ödədiyiniz abunə haqqı ilə məhdudlaşır.
- Bu Şərtlər qanunun məhdudlaşdırılmasına icazə vermədiyi məsuliyyəti məhdudlaşdırmır.
10. Elanların, şəkillərin və nömrələrin silinməsi
Elan sahibi, şəklin müəllifi və ya mənbə portal elanın, şəklin və ya telefon nömrəsinin platformadan silinməsini istəyə bilər. Bunun üçün elanın linki və ya telefon nömrəsi ilə info@brokerly.az ünvanına yazın. Müraciətə 3 iş günü ərzində baxırıq. Silinən məlumatı yenidən toplamırıq.
11. Xitam
İstənilən vaxt hesabınızı bağlaya bilərsiniz (Ayarlar, «Hesab» bölməsi). Məlumatlarınızın silinməsini Məxfilik siyasətində yazıldığı kimi istəyə bilərsiniz. Şərtlərin pozulması halında hesabı dayandırmaq və ya ləğv etmək hüququmuz var. Xitamdan sonra fərdi məlumatlarınız Məxfilik siyasətinə uyğun saxlanılır və ya silinir.
Girişin məhdudlaşdırılması. Brokerly istənilən vaxt hesaba girişi tam və ya qismən məhdudlaşdıra, müvəqqəti dayandıra və ya hesabı bağlaya bilər. Səbəb, məsələn, bu Şərtlərin pozulması, hesabın başqa şəxslə bölüşülməsi, məlumatların avtomatik və ya kütləvi şəkildə yığılması, xidmətə yaxud digər istifadəçilərə zərər verən davranış, ödənişin olmaması və ya qanuni tələb ola bilər. Risk olduqda məhdudlaşdırma əvvəlcədən xəbərdarlıq edilmədən dərhal tətbiq oluna bilər və biz səbəbi açıqlamaq məcburiyyətində deyilik. Şərtlərin pozulmasına görə məhdudlaşdırma baş verərsə, ödənilmiş və istifadə olunmamış dövr üçün geri ödəniş edilmir; məhdudlaşdırma bizim öz səbəbimizlə baş verərsə, istifadə olunmamış dövr üçün ödənişi geri qaytarırıq. Qərara yenidən baxılmasını istəsəniz, info@brokerly.az ünvanına yazın.
12. Dəyişikliklər
Şərtlərə dəyişiklik edilə bilər; əhəmiyyətli dəyişikliklər barədə e-poçtla məlumat veririk. Dəyişiklikdən sonra platformadan istifadəni davam etdirmək yenilənmiş Şərtlərin qəbulu sayılır.
13. Tətbiq olunan hüquq
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mübahisələr ilk növbədə danışıqlar yolu ilə, razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll olunur.
14. Əlaqə
Suallarınız üçün: info@brokerly.az
Terms of use
These Terms of Use (“Terms”) govern the relationship between the brokerly.az platform (“Brokerly”, “we”) and the user. By using the platform, you accept these Terms.
1. Service description
Brokerly is a professional tool for real-estate realtors: aggregation and deduplication of data from public listing portals, price comparison against zone medians (the urgency score), alert rules, client matching, and deal management.
Brokerly is not a listing portal or a real estate agency. It does not sell or rent out property and does not act as an intermediary in any deal.
2. Accounts and login
- Accounts are opened by application and activated after review. We reserve the right to decline applications without stating a reason.
- Login is passwordless, via a one-time code sent to your email.
- Your account is personal; sharing credentials or joint use of an account is not permitted.
- You are responsible for all activity under your account.
3. Subscription and payment
- The service is provided on a monthly or yearly subscription: Standart 24 AZN/month or 259 AZN/year, PRO 49 AZN/month or 529 AZN/year. Every plan starts with a 3-day free trial. Current prices are shown in the “Pricing” section of the site.
- You pay by bank card in the panel, through the licensed payment provider E-point. You type your card details on the bank's secure page. We do not see or store your card details.
- As soon as the payment is confirmed, your plan starts and we e-mail you a receipt.
- The subscription does not renew by itself: you pay for each period. We remind you 5 days and 1 day before the period ends.
- You can stop at any time: simply do not pay for the next period. A period already paid is not refunded. If one invoice is paid twice by mistake, we send the extra amount back to your card.
- Price changes are announced at least 30 days in advance.
4. Acceptable use
When using the platform, the following is prohibited:
- Automated collection (scraping), bulk export, or resale of platform data to third parties;
- Renting out an account or transferring access to third parties;
- Interfering with the platform’s operation or circumventing security mechanisms;
- Using sellers' phone numbers or other contact details for advertising, mass calls or any purpose unrelated to the listing;
- Use for purposes that violate applicable law.
Violations may result in account suspension without prior notice.
If you use the platform against these Terms or the law and a third party brings a claim against us because of it, you cover the resulting losses and costs.
5. Data sources and accuracy
Listings on the platform are collected from pages of other listing portals that are open to everyone. A listing's text, photo, price and contact details belong to the seller and the source portal. On every listing we show its portal and, where possible, link to the listing's own page.
We do not guarantee that this information is accurate, complete or up to date. The seller may change the price or other details on the source portal at any time.
Every figure the platform calculates from listings is an estimate: the urgency score (Əlimyandı), zone medians, price drops, yield, the mortgage-eligible and caution marks, the listing analysis, the payment calculator, the weekly report and the market news. None of it is investment, legal or valuation advice.
Before you make a decision about a listing or show it to a client, check the information on the source portal and with the seller. Brokerly is not a party to any deal between you and a seller or a buyer.
6. Your data
The information you enter on the platform (clients, their contact details, requirements, notes and tasks) belongs to you. We keep it only to provide the service to you, and we do not sell it. You are responsible for having those people's consent, or another lawful basis, to enter their information.
7. The colleagues' board
You are responsible for the announcements you post on the colleagues' board. We review every announcement before it is published, and we may decline or remove one that breaks the rules. Commission and any other arrangement between realtors is only between them. Brokerly is not a party to it, holds no money and takes no share of the commission.
8. Intellectual property
The platform’s software, design, the “Brokerly” and “Əlimyandı” names and logo belong to us and may not be used without permission. A subscription grants you a limited, revocable, non-exclusive right to use the platform.
9. Liability
What we are responsible for. We are responsible for the platform working as described in these Terms, for keeping your account and the information you enter (clients, notes, tasks) safe, for calculating payments correctly and for sending receipts. If you find an error on the platform, write to info@brokerly.az. We look into it and fix it.
Limits.
- The service is provided “as is”; uninterrupted or error-free operation is not guaranteed.
- We are not responsible for source portals being unavailable, data changes at the source, or outages of third-party services (payment providers).
- We are not liable for decisions you make based on information on the platform, for deals that did not happen, for lost profit or commission, or for any other indirect loss.
- In any case, our total liability is limited to the subscription fees you paid in the last 3 months.
- These Terms do not limit any liability that the law does not allow to be limited.
10. Removing listings, photos and phone numbers
A seller, the author of a photo or the source portal may ask us to remove a listing, a photo or a phone number from the platform. To do so, write to info@brokerly.az with the listing's link or the phone number. We look at the request within 3 working days. What we remove, we do not collect again.
11. Termination
You may close your account at any time (Settings, the Account section). You can ask for your data to be deleted as the Privacy Policy describes. We may suspend or terminate accounts that violate these Terms. After termination, your personal data is kept or deleted in accordance with the Privacy Policy.
Restricting access. Brokerly may restrict, suspend or close access to an account, in whole or in part, at any time. Reasons include, but are not limited to, a breach of these Terms, sharing an account with another person, automated or bulk collection of data, conduct that harms the service or other users, non-payment, or a lawful request. Where there is a risk, the restriction may be applied immediately and without notice, and we are not obliged to give the reason. If the restriction follows a breach of these Terms, no refund is made for the paid and unused period; if the restriction is for a reason of our own, we refund the unused period. If you would like the decision reviewed, write to info@brokerly.az.
12. Changes
These Terms may be updated; we announce material changes by email. Continued use of the platform after a change constitutes acceptance of the updated Terms.
13. Governing law
These Terms are governed by the laws of the Republic of Azerbaijan. Disputes are resolved first through negotiation and, failing that, in the competent courts of the Republic of Azerbaijan.
14. Contact
Questions: info@brokerly.az
Условия использования
Настоящие Условия использования (далее «Условия») регулируют отношения между платформой brokerly.az (далее «Brokerly», «мы») и пользователем. Используя платформу, вы принимаете настоящие Условия.
1. Описание сервиса
Brokerly является профессиональным инструментом для риелторов по недвижимости: агрегация и дедупликация данных с открытых порталов объявлений, сравнение цен с медианой по зоне (индекс срочности), правила оповещений, подбор под заявки клиентов и управление сделками.
Brokerly не является порталом объявлений или агентством недвижимости. Он не продаёт и не сдаёт недвижимость и не выступает посредником в сделках.
2. Аккаунты и вход
- Аккаунты открываются по заявке и активируются после проверки. Мы оставляем за собой право отклонить заявку без объяснения причин.
- Вход осуществляется без пароля: по одноразовому коду, отправленному на вашу электронную почту.
- Ваш аккаунт является персональным; передача учётных данных или совместное использование аккаунта не допускаются.
- Вы несёте ответственность за все действия, совершённые под вашим аккаунтом.
3. Подписка и оплата
- Сервис предоставляется по месячной или годовой подписке: Standart 24 AZN в месяц или 259 AZN в год, PRO 49 AZN в месяц или 529 AZN в год. Каждый тариф начинается с 3-дневного бесплатного периода. Актуальные цены указаны в разделе «Цены» на сайте.
- Оплата производится банковской картой в панели, через лицензированного платёжного провайдера E-point. Данные карты вы вводите на защищённой странице банка. Мы не видим и не храним данные вашей карты.
- Как только оплата подтверждена, ваш тариф активируется, и мы отправляем вам квитанцию на e-mail.
- Подписка не продлевается сама: вы оплачиваете каждый период. Мы напоминаем за 5 дней и за 1 день до конца периода.
- Вы можете прекратить подписку в любой момент: просто не оплачивайте следующий период. Уже оплаченный период не возвращается. Если один счёт по ошибке оплачен дважды, мы вернём лишнюю сумму на вашу карту.
- Об изменении цен мы сообщаем не менее чем за 30 дней.
4. Допустимое использование
При использовании платформы запрещается:
- Автоматизированный сбор данных (скрейпинг), массовый экспорт или перепродажа данных платформы третьим лицам;
- Сдача аккаунта в аренду или передача доступа третьим лицам;
- Вмешательство в работу платформы или обход механизмов безопасности;
- Использование телефонных номеров и других контактных данных владельцев объявлений для рекламных рассылок, массовых звонков или целей, не связанных с объявлением;
- Использование в целях, нарушающих применимое законодательство.
Нарушения могут повлечь приостановку аккаунта без предварительного уведомления.
Если вы используете платформу в нарушение настоящих Условий или закона и из-за этого третье лицо предъявит к нам претензию, связанные с этим убытки и расходы возмещаете вы.
5. Источники данных и точность
Объявления на платформе собираются с открытых для всех страниц других порталов объявлений. Текст, фото, цена и контактные данные объявления принадлежат его владельцу и порталу-источнику. В каждом объявлении мы указываем его портал и, где это возможно, даём ссылку на страницу самого объявления.
Мы не гарантируем, что эти данные точны, полны и актуальны. Владелец может в любой момент изменить цену или другие сведения на портале-источнике.
Все показатели, которые платформа рассчитывает по объявлениям, являются оценочной статистикой: индекс срочности (Əlimyandı), медианы по зонам, снижения цен, доходность, отметки «подходит для ипотеки» и «внимание», анализ объявления, платёжный калькулятор, еженедельный отчёт и новости рынка. Они не являются инвестиционной, юридической или оценочной консультацией.
Прежде чем принять решение по объявлению или показать его клиенту, проверьте данные на портале-источнике и у владельца. Brokerly не является стороной сделок между вами и владельцем объявления или покупателем.
6. Ваши данные
Данные, которые вы вносите на платформу (клиенты, их контакты, требования, заметки и задачи), принадлежат вам. Мы храним их только для оказания вам услуги и не продаём их. Вы отвечаете за то, чтобы у вас было согласие этих людей или иное законное основание вносить их данные.
7. Доска коллег
Вы отвечаете за объявления, которые публикуете на доске коллег. Мы проверяем каждое объявление перед публикацией и можем отклонить или удалить объявление, нарушающее правила. Комиссия и другие договорённости между риелторами остаются только между ними. Brokerly не является их стороной, не хранит деньги и не получает долю комиссии.
8. Интеллектуальная собственность
Программное обеспечение платформы, дизайн, названия «Brokerly» и «Əlimyandı», а также логотип принадлежат нам и не могут использоваться без разрешения. Подписка предоставляет вам ограниченное, отзывное, неисключительное право на использование платформы.
9. Ответственность
За что мы отвечаем. Мы отвечаем за то, чтобы платформа работала так, как описано в настоящих Условиях, за защиту вашего аккаунта и внесённых вами данных (клиенты, заметки, задачи), за правильный расчёт платежей и отправку квитанций. Если вы заметили ошибку на платформе, напишите на info@brokerly.az. Мы её проверим и исправим.
Пределы ответственности.
- Сервис предоставляется «как есть»; бесперебойная или безошибочная работа не гарантируется.
- Мы не несём ответственности за недоступность порталов-источников, изменение данных в источнике или сбои сторонних сервисов (платёжных провайдеров).
- Мы не отвечаем за решения, принятые вами на основе данных платформы, за несостоявшиеся сделки, упущенную прибыль или комиссию и иной косвенный ущерб.
- В любом случае наша совокупная ответственность ограничена суммой абонентской платы, уплаченной вами за последние 3 месяца.
- Настоящие Условия не ограничивают ответственность, которую закон не позволяет ограничивать.
10. Удаление объявлений, фото и номеров
Владелец объявления, автор фото или портал-источник может попросить удалить с платформы объявление, фото или номер телефона. Для этого напишите на info@brokerly.az, указав ссылку на объявление или номер телефона. Мы рассматриваем обращение в течение 3 рабочих дней. Удалённые данные мы больше не собираем.
11. Прекращение
Вы можете закрыть свой аккаунт в любой момент (Настройки, раздел «Аккаунт»). Удалить ваши данные можно по запросу, как описано в Политике конфиденциальности. Мы вправе приостановить или прекратить действие аккаунтов, нарушающих настоящие Условия. После прекращения ваши персональные данные хранятся или удаляются в соответствии с Политикой конфиденциальности.
Ограничение доступа. Brokerly вправе в любое время полностью или частично ограничить, приостановить или закрыть доступ к аккаунту. Причиной может быть, в частности, нарушение настоящих Условий, передача аккаунта другому лицу, автоматический или массовый сбор данных, действия, наносящие вред сервису или другим пользователям, неоплата либо законное требование. При наличии риска ограничение может быть применено немедленно и без предварительного уведомления, и мы не обязаны сообщать причину. Если ограничение вызвано нарушением настоящих Условий, оплаченный и неиспользованный период не возвращается; если ограничение связано с нашими собственными причинами, мы возвращаем оплату за неиспользованный период. Если вы хотите, чтобы решение было пересмотрено, напишите на info@brokerly.az.
12. Изменения
Настоящие Условия могут обновляться; о существенных изменениях мы сообщаем по электронной почте. Продолжение использования платформы после изменения означает принятие обновлённых Условий.
13. Применимое право
Настоящие Условия регулируются законодательством Азербайджанской Республики. Споры разрешаются в первую очередь путём переговоров, а если согласие не достигнуто, в компетентных судах Азербайджанской Республики.
14. Контакты
Вопросы: info@brokerly.az
Məmmədəli Məmmədəliyev · 3501462882Məmmədəli Məmmədəliyev · 3501462882Məmmədəli Məmmədəliyev · 3501462882